Bakıda 2 avtomobil toqquşub, sürücü ağır xəsarət alıb

Bakıda 2 avtomobil toqquşub, sürücü ağır xəsarət alıb
  • Clock-gray 23:15
  • calendar-gray 10 Dekabr 2019

Bakının Sabunçu rayonunda sürücünün xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

APA-nın məlumatına görə, hadisə Ramana qəsəbəsində qeydə alınıb.

İki minik avtomobilinin toqquşması zamanı sürücülərdən biri - 1972-ci il təvəllüdlü Əhmədov Tahir Cəlal oğlu xəsarət alıb. Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Ona hər iki baldır sümüyünün açıq sınığı diaqnozu qoyulub.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

Nurlan Əli

Digər xəbərlər

Arxiv

date