Bakıda 3 avtomobil toqquşub, xəsarət alanlar var - FOTO

Bakıda 3 avtomobil toqquşub, xəsarət alanlar var - FOTO
  • Clock-gray 01:15
  • calendar-gray 25 Mart 2020

 

Bakının Nərimanov rayonunda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, qəza Ziya Bünyadov prospektinin rayon ərazisinə düşən hissəsində qeydə alınıb.

"Opel" markalı avtomobil prospektlə hərəkətdə olarkən idarəetmədən çıxaraq, əvvəlcə qarşısındakı  “Mercedes” markalı nəqliyyat vasitəsinə, sonra səkiyə çırpılıb. 

Rauf adlı şəxsin idarə etdiyi "Ravon" markalı avtomobil isə hər iki avtomobilə çırpılıb.

Nəticədə “Opel”də olan sürücü və sərnişin xəsarət alıb.

Qəza zamanı avtomobillərə ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

 

Nurlan Əli

Digər xəbərlər