Bakıda 55 nəfərin sosial məsafə saxlamadan işlədiyi istixana aşkarlanıb - VİDEO

Bakıda 55 nəfərin sosial məsafə saxlamadan işlədiyi istixana aşkarlanıb - VİDEO
  • Clock-gray 18:39
  • calendar-gray 10 İyul 2020

Sabunçu Rayon Polis İdarəsi və 15-ci Polis Bölməsinin əməkdaşları tərəfindən karantin qaydalarını pozan şəxslərə qarşı tədbir keçirilib.

Daxili İşlər Nazirliyindən APA-ya verilən məlumata görə, 2 nömrəli sovxozun ərazisində yerləşən pomidor məhsulu yetişdirilən istixanada da karantin qaydalarının pozulması faktı aşkarlanıb. “Qızıl Noxur” adlı obyektin sahibi Kamil Musayevə məxsus istixanada  55 nəfərin sosial məsafə gözlənilmədən toplaşmaları və işləmələri müəyyən edilib. 

Araşdırma zamanı həmin şəxslərdən 32 nəfərin icazəsinin olması müəyyən edilsə də digər 23 nəfərin 1 otaqlı tiklidə sosial məsafə gözləmədən xüsusi karantin qaydalarını pozduqları aşkarlanıb. 22 nəfər və sahibkar Kamil Musayev İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi isə cərimələniblər.

Səlcuq Elçin

Digər xəbərlər