Bakıda avtomobil 56 yaşlı qadını vurub, vəziyyəti ağırdır

Bakıda avtomobil 56 yaşlı qadını vurub, vəziyyəti ağırdır
  • Clock-gray 01:19
  • calendar-gray 03 Dekabr 2019

Bakının Sabunçu rayonunda yol-nəqliyyat hadisəsi zamanı 56 yaşlı qadın xəsarət alıb.

APA xəbər verir ki, hadisə Sabunçu-Zabrat yolunda baş verib.

Minik avtomobili yolu keçmək istəyən 1963-cü il təvəllüdlü Xalidə Sadıqovanı vurub. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Ona qapalı kəllə-beyin travması, baş beyinin silkələnməsi diaqnozu qoyulub.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

Nurlan Əli

Digər xəbərlər

Arxiv

date