Bakıda avtomobil işıqforun qırmızı işığında dayanan nəqliyyat vasitəsinə çırpılıb - FOTO - VİDEO

Bakıda avtomobil işıqforun qırmızı işığında dayanan nəqliyyat vasitəsinə çırpılıb - FOTO - VİDEO
  • Clock-gray 03:05
  • calendar-gray 02 Dekabr 2019

 

Bakının Nəsimi rayonunda iki nəqliyyat vasitəsi toqquşub.

APA xəbər verir ki, hadisə Abbasqulu ağa Bakıxanov küçəsi ilə Azadlıq prospektinin kəsişməsində baş verib.

Belə ki, Ayaz Mikayılov idarə etdiyi “Renault” markalı avtomobillə işıqforun qırmızı işığında dayanıb. Bu zaman arxadan yüksək sürətlə gələn “Opel” markalı nəqliyyat vasitəsi ona çırpılıb. 

Faktla bağlı Bakı Şəhər Baş Dövlət Yol Polis İdarəsinin əməkdaşları hadisə yerinə cəlb edilib.

 

Nurlan Əli

Digər xəbərlər

Arxiv

date