Bakıda avtomobil velosipedçini vuraraq öldürüb

Bakıda avtomobil velosipedçini vuraraq öldürüb
  • Clock-gray 12:34
  • calendar-gray 02 İyul 2020

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iyulun 1-də saat 20 radələrində Xəzər rayonunun Türkan qəsəbəsi ərazisində Bakı şəhər sakini A.Qaraxanov idarə etdiyi “Renault” markalı avtomobillə yolu keçən velosipedçi, paytaxt sakini Elvin Heybətovu vurub və o, aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır. 

Səlcuq Elçin

Digər xəbərlər