Bakıda avtomobili 180 km/saat sürətlə idarə edən qadın saxlanılıb

Bakıda avtomobili 180 km/saat sürətlə idarə edən qadın saxlanılıb
  • Clock-gray 18:22
  • calendar-gray 07 İyul 2020

Sosial şəbəkələrdə 90 PB 038 dövlət nömrə nişanlı, "KİA Optima" markalı avtomobili 60 km/saat nəzərdə tutulmuş yolda 120-180 km/saat sürətlə hərəkət edərək video çəkib, daha sonra onu yayan şəxsin kimliyi məlum olub.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov APA-ya bildirib ki, süjetlə bağlı ətraflı araşdırılma aparılıb, inzibati xəta tərkibi yarandığı öz təsdiqini tapıb. Pəri Kərimli kimi tanınan Pərvanə Qafarlı saxlanılıb. Onunla söhbət zamanı törətdiyi inzibati xətanı etiraf edib. Onun barəsində müvafiq olaraq tədbir görülüb.

Səlcuq Elçin

Digər xəbərlər