Bakıda dağlıq ərazidə yanğın söndürülüb - YENİLƏNİB

Bakıda dağlıq ərazidə yanğın söndürülüb - YENİLƏNİB
  • Clock-gray 15:20
  • calendar-gray 03 İyun 2020

Bakı şəhəri, Binəqədi rayonunda dağlıq ərazidə baş vermiş yanğın saat 14:37-də yanğınsöndürmə bölmələri tərəfindən söndürülüb.

Bu barədə APA-ya Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

Məlumata görə, yanğın nəticəsində təqribən 35 ha sahədə quru ot və kol-kos yanıb.

***

14:12

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzi tərəfindən aparılan videomüşahidə zamanı, Bakı şəhəri, Binəqədi rayonunda dağlıq ərazidə tüstülənmə olması qeydə alınıb.

APA-nın FHN-in saytına istinadən məlumatına görə, dərhal nazirliyin müvafiq xilasetmə qurumları məlumatlandırılıb.

Hazırda Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə bölmələri tərəfindən ərazidə yanğınsöndürmə işləri və digər təxirəsalınmaz tədbirlər həyata keçirilir.

İlkin məlumata əsasən, mürəkkəb relyefli dağlıq ərazidə təqribən 2-3 ha sahədə quru ot və kol-kos yanır.

Səlcuq Elçin

Digər xəbərlər