Bakıda dəniz kənarında karantin qaydalarını pozan kafe aşkarlanıb, 10 nəfər cərimələnib - FOTO

Bakıda dəniz kənarında karantin qaydalarını pozan kafe aşkarlanıb, 10 nəfər cərimələnib - FOTO
  • Clock-gray 10:47
  • calendar-gray 03 İyun 2020

Paytaxtın Binəqədi rayonunda xüsusi karantin rejim qaydlarına zidd olaraq, müəyyən olunan vaxtdan kənar, sosial məsafənin, mövcud preventiv tədbirlərin şərtlərinin pozulması ilə müşayiət olunan kafelər aşkar edilib. 

APA-nın məlumatına görə, Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsi, Post Patrul Xidməti və 43-cü Polis Bölməsi əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə ayırı-ayırlıqda Rəşid İsmayılov küçəsi 11-də adsız, Novxanı qəsəbəsində “Liman” kafesinin sahibləri və müştəriləri inzibati məsuliyyətə cəlb olunublar. 

Ümumilikdə 10 nəfər saxlanılaraq barələrində qanunvericiliyə uyğun tədbirlər görülüb.

İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə uyğun olaraq, obyekt sahiblərindən Elmir Xanlarov 1500 manat, digərləri 100 manat cərimə olunublar.

Səlcuq Elçin

Digər xəbərlər