Bakıda evdən 1 kq-dan çox heroin götürülüb

Bakıda evdən 1 kq-dan çox heroin götürülüb
  • Clock-gray 14:20
  • calendar-gray 18 Yanvar 2020

Bakının Qaradağ rayonunda narkotik satan şəxslər tutulub.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Lökbatan qəsəbə sakini T.Əmirov saxlanılıb. 

Şəxsi axtarış zamanı ondan heroin aşkar edilərək götürülüb.

Davam etdirilən tədbirlərlə narkotik vasitəni ona satmaqda şübhəli bilinən Yardımlı rayon sakinləri O.Kərimi və Z.Məmmədova da müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb. Onların qəsəbə ərazisində kirayədə yaşadığı mənzildən 1,1 kiloqrama yaxın heroin aşkar edilərək götürülüb.

 

Əcəmi Əsədulla

Digər xəbərlər

Arxiv

date