Bakıda fəhlə yük avtomobilinin altında qalaraq ölüb

Bakıda fəhlə yük avtomobilinin altında qalaraq ölüb
  • Clock-gray 10:49
  • calendar-gray 25 Fevral 2020

Bakıda fəhlə faciəvi şəkildə ölüb.

APA-nın məlumatına görə, hadisə paytaxtın Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 4-cü qapı küçəsində yerləşən metal qırıntılarınn qəbulu məntəqəsində qeydə alınıb.

Həmin məntəqədə fəhlə işləyən, 1977-ci il təvəllüdlü Zaur Səlimov metal qırıntılarını yük maşınına yükləyən zaman 1973-cü il təvəlllüdlü Eldar Nəcəfovun idarə etdiyi "KamAZ-55111" markalı yük avtomobilinin altında qalaraq ölüb.

Faktla bağlı Binəqədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizə qaydalarını pozma, zərərçəkənin ölümünə səbəb olma) maddəsi ilə cinayət işi başlanıb.

Səlcuq Elçin

Digər xəbərlər