Bakıda fəhlənin üzərinə dəmir boru düşüb

Bakıda fəhlənin üzərinə dəmir boru düşüb
  • Clock-gray 15:03
  • calendar-gray 21 Sentyabr 2020

Sentyabrın 19-da saat 20 radələrində Yasamal rayonu ərazisində Polad Eynullayevin üzərinə dəmir boru düşməsi nəticəsində xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Yasamal rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Aparılmış araşdırmalarla Yasamal rayonu ərazisində yerləşən “Royal Park” yaşayış massivinin “A” blokunda tikinti işlərinin aparıldığı evdə fəhlə işləyən Polad Eynullayevin sıvay-qazma işləri apararkən dəmir borunun üzərinə düşməsi nəticəsində xəsarət alması müəyyən edilib.

Hazırda faktla bağlı Yasamal rayon prokurorluğunda araşdırma aparılır.

Səlcuq Elçin

Digər xəbərlər