Bakıda hərbi qulluqçuya hörmətsizlik edən şəxsə 30 sutkalıq həbs cəzası verilib

Bakıda hərbi qulluqçuya hörmətsizlik edən şəxsə 30 sutkalıq həbs cəzası verilib
  • Clock-gray 19:14
  • calendar-gray 07 İyul 2020

Bakıda hərbi qulluqçunun qanuni tələblərinə rişxəndlə yanaşaraq, hörmətsizlik nümayiş etdirən şəxs həbs edilib.

APA-nın məlumatına görə, onun əməlləri ilə bağlı toplanan materiallar baxılması üçün Qaradağ rayon Məhkəməsinə göndərilib.Məhkəmənin qərarı ilə Orucəli Zərbəliyev 30 sutka inzibati həbs cəzası alıb.

Faktı Bakı şəhər Baş Polis İdarəsindən APA-ya təsdiqləyiblər.

Qeyd edək ki, Qaradağ rayonu Lökbatan qəsəbəsində xidmət aparan hərbi qulluqçunun qanuni tələblərinə rişxəndlə yanaşaraq, hörmətsizlik nümayiş etdirən və bu hərəkətlərini mobil telefon vasitəsilə qeydə alaraq sosial şəbəkələrdə yayan şəxs ötən gün müəyyən olunaraq saxlanılıb. Bu barədə Bakı şəhər BPİ Mətbuat Xidmətindən verilən məlumata görə, Qaradağ rayon sakini, 1986-cı il təvəllüdlü Orucəli Zərbəliyev Qaradağ RPİ 10-cu Polis Bölməsinə dəvət olunaraq, onun barəsində araşdırmalara başlanılıb. 

 

Səlcuq Elçin

Digər xəbərlər