Bakıda iki avtomobil toqquşub, 5 nəfər xəsarət alıb

Bakıda iki avtomobil toqquşub, 5 nəfər xəsarət alıb
  • Clock-gray 01:34
  • calendar-gray 25 Yanvar 2020

 

Bakının Sabunçu rayonunda 5 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

APA xəbər verir ki, hadisə Zabrat qəsəbəsində qeydə alınıb.

Qəsəbə ərazisində iki minik avtomobilinin toqquşması zamanı 5 nəfər - 1965-ci il təvəllüdlü Əliyev Hüseyn Əzizağa oğlu, 1962-ci il təvəllüdlü Masayev Məhəmmədəli Tofiq oğlu, 1986-cı il təvəllüdlü Rüstəmzadə Murad Əlibala oğlu, qardaşı, 1980-ci il təvəllüdlü Rüstəmzadə Valeh Əlibala oğlu və 1996-cı il təvəllüdlü Qafarov Rafael Yaşar oğlu xəsarət alıblar.

Yaralılar 3 saylı şəhər xəstəxanasına yerləşdirilib. V.Rüstəmzadəyə müştərək travma diaqnozu qoyulub və reaninasiya şöbəsinə yerləşdirilib. Vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

 

Nurlan Əli

Digər xəbərlər

Arxiv

date