Bakıda işıqforun işləməməsi qəzaya səbəb olub, xəsarət alanlar var - FOTO - VİDEO

Bakıda işıqforun işləməməsi qəzaya səbəb olub, xəsarət alanlar var - FOTO - VİDEO
  • Clock-gray 03:21
  • calendar-gray 09 İyul 2020

Bakının Nizami rayonunda yol-nəqliyyat hadisəsi baş verib, 3 nəfər xəsarət alıb.

APA xəbər verir ki, qəza Babək prospektində baş verib.

“Mercedes” markalı yük avtomobilinin sürücüsü Vidadi Hüseynov işıqforun qırmızı işığında dayanıb. Bu vaxt Vüqar Abdullayevin idarə etdiyi “Toyota” markalı nəqliyyat vasitəsi onun avtomobilinə çırpılıb. 

Hadisə nəticəsində minik avtomobilində olan 3 qadın xəsarət alıb. Hər iki sürücü APA-ya bildirib ki, hadisə vaxtı yolun sağ tərəfində işıqfor işlək vəziyyətdə olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Nurlan Əli

Digər xəbərlər