Bakıda küçədə qadına qarşı soyğunçuluq edilib

Bakıda küçədə qadına qarşı soyğunçuluq edilib
  • Clock-gray 09:13
  • calendar-gray 13 İyul 2020

Bakıda soyğunçuluq hadisəsi baş verib.

APA-nın məlumatına görə,  Binəqədi rayonu, Mircəlal küçəsində naməlum şəxs 1959-cu il təvəllüdlü qadının içərisində 150 manat pul, şəxsiyyət vəsiqəsi, bank kartı olan pul kisəsini soyğunçuluq yolu ilə talayıb.

Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakini, 1984-cü il təvəllüdlü Ramiz Mehrəliyev müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Səlcuq Elçin

Digər xəbərlər