Bakıda mənzildən 60 yaşlı kişinin meyiti tapılıb

Bakıda mənzildən 60 yaşlı kişinin meyiti tapılıb
  • Clock-gray 09:24
  • calendar-gray 25 Sentyabr 2020

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nərimanov rayonunda 1 nəfər evdə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

APA-nın nazirliyinin saytına istinadən məlumatına görə, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri evin giriş qapısını açıb və orada aşkarlanan 1960-cı il təvəllüdlü Əliyev Fazil Əmir oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.

Səlcuq Elçin

Digər xəbərlər