Bakıda narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib

Bakıda narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib
  • Clock-gray 17:35
  • calendar-gray 16 Fevral 2020

Səbail Rayon Polis İdarəsi narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirib.

Bakı Şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, Səbail RPİ əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən - 1986-cı il təvəllüdlü İ.İ-dan 1 kq,285 qram küstar üsülla hazırlanan heroin və digər çəkilərdə fenazpen, fenadiazepin, “Toto” ləqəbli, əvvələr Cinayət Məcəlləsinin müxtəlif maddələri məhkum olunan 1975-ci il təvəllüdlü T.Y-dən 82,217 qram kustar üsulla hazırlanan heroin və 50,108 qram metamfetamin aşkar olunaraq götürülüb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Əcəmi Əsədulla

Digər xəbərlər

Arxiv

date