Bakıda qadının ögey övladlarına işgəncə verməsi ilə bağlı araşdırmalar Baş prokuror tərəfindən xüsusi nəzarətə götürülüb

Bakıda qadının ögey övladlarına işgəncə verməsi ilə bağlı araşdırmalar Baş prokuror tərəfindən xüsusi nəzarətə götürülüb
  • Clock-gray 16:24
  • calendar-gray 09 Dekabr 2019

Bakıda qadının ögey övladlarına işgəncə verməsi ilə bağlı məsələ prokurorluq tərəfindən araşdırılır.

APA-nın məlumatına görə, bu barədə Baş Prokurorlıuğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov özünün facebook səhifəsində məlumat paylaşıb.

Məlumatda qeyd olunur ki, bəzi kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə paytaxtın Sabunçu rayonu ərazisində azyaşlılar - Qulu və Hüseyn adlı qardaşların ata və ögey anaları tərəfindən işgəncələrə məruz qalmaları ilə əlaqədar yayılmış informasiyalar üzrə araşdırmanın aidiyyəti dövlət qurumlarının nümayəndələri cəlb edilməklə aparılması Bakı şəhər prokurorluğuna tapşırılıb.

Baş vermiş hadisə ilə bağlı araşdırmalar Baş prokuror tərəfindən xüsusi nəzarətə götürülüb.

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date