Bakıda ərini öldürməkdə təqsirləndirilən qadının məhkəməsi başlayır - FOTO

Bakıda ərini öldürməkdə təqsirləndirilən qadının məhkəməsi başlayır - FOTO
  • Clock-gray 09:16
  • calendar-gray 25 Sentyabr 2020

Bakıda ərini xüsusi amansızlıqla qətlə yetirməkdə təqsirləndirilən Rəna Sofiyeva barəsində olan cinayət işinin istintaqı başa çatıb.

APA-nın məlumatına görə, təqsirləndirilən şəxs barəsində toplanan cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Əfqan Hacıyevin icraatına verilib.

Qeyd edək ki, ötən il iyulun 7-də, gecə saat 03:00-da Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində yaşayan Araz Sofiyev evində həyat yoldaşı Rəna Sofiyeva tərəfindən öldürülüb. Cinayəti törədən Rəna Sofiyeva daha sonra özünə də xəsarət yetirib. Ona xəstəxanada tibbi yardım göstərilib. Rəna Sofiyeva ilkin istintaqa verdiyi izahatında göstərib ki, hadisə baş verən günü iki naməlum şəxs onların evinə basqın edib. Həmin şəxslərə Araz Sofiyevin pul borcu olub. Onlar ev sahiblərinə bıçaqla xəsarət yetiriblər. Nəticədə Araz Sofiyev aldığı xəsarətlərdən həyatını itirib. Qadının bildirdiyinə görə, naməlum şəxslər evdən 4 800 ABŞ dolları aparıb və evdən çıxarkən ona da bıçaqla xəsarət yetiriblər.

İstintaq orqanı tərəfindən Rəna Sofiyeva həbs edilib.

Suraxanı rayon Məhkəməsinin qərarı ilə onun barəsində həbs-qətimkan tədbiri seçilib.

Səlcuq Elçin

Digər xəbərlər