Bakıda xadimə mənzildən 5 min manatlıq oğurluq edib

Bakıda xadimə mənzildən 5 min manatlıq oğurluq edib
  • Clock-gray 12:17
  • calendar-gray 24 Yanvar 2020

Bakıda xadimə evdən oğurluq edib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya bildirilib ki, Nərimanov RPİ 18-ci Polis  Şöbəsinə yanvarın rayon ərazisindəki mənzillərin birindən 5000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən, həmin evdə xadimə işləyən Bakı şəhər sakini S.Dadaşova saxlanılıb və o, bu cinayət əməlini törtəməsini etiraf edib.

Səlcuq Elçin

Digər xəbərlər