Bakıda yanğın olub - YENİLƏNİB - VİDEO

Bakıda yanğın olub  - YENİLƏNİB - VİDEO
  • Clock-gray 18:02
  • calendar-gray 29 İyun 2020

Bakıda yaşayış binasına bitişik yardımçı tikilidə baş verən yanğın söndürülüb. 

APA-nın məlumatına görə, tikiliyə yığılmış taxta materiallar yanıb. 

Yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən söndürülüb.

***

saat 17:41

Bakıda yaşayış binasına bitişik yardımçı tikilidə yanğın başlayıb. 

APA-nın hadisə yerində olan əməkdaşının verdiyi xəbərə görə,  hadisə Nəsimi rayonu Sabit Orucov küçəsində qeydə alınıb. Hündürmərtəbəli yaşayış binasının qarajında meydana gələn yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb edilib.   

Səlcuq Elçin

Digər xəbərlər