Balakəndə 6 manata görə adam öldürən şəxsin məhkəməsi başlayıb

Balakəndə 6 manata görə adam öldürən şəxsin məhkəməsi başlayıb
  • Clock-gray 13:37
  • calendar-gray 28 Mart 2020

Şəki Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndilən Zaur Layicovun cinayət işi üzrə məhkəmə başlayıb.

APA-nın məlumatına görə, hakim Bilal Məmmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmə baxışı qeyri-müəyyən günə qədər təxirə salınıb.

Qeyd edək ki, hadisə ötən il Balakən rayonunda baş verib. Rayonun Hənifə kənd sakini, 1979-cu il təvəllüdlü Layicov Zaur Şamil oğlu Qazma kənd sakini, 1994-cü il təvəllüdlü Balayev Elvin Eynulla oğlu ilə mübahisə edib. Z.Layıcov E.Balayevdən 6 manat borcunu istəməsinə görə aralarında mübahisə yaranıb. Mübahisə nəticəsində Z.Layıcov özü ilə gətirdiyi bıçaqla E.Balayevi bıçaqlayıb. Yaralı xəstəxanaya aparılarkən yolda ölüb.

Səlcuq Elçin

Digər xəbərlər

Arxiv

date