Balakəndə azyaşlı ciddi yanıq xəsarətləri alıb

Balakəndə azyaşlı ciddi yanıq xəsarətləri alıb
  • Clock-gray 22:56
  • calendar-gray 27 Mart 2020

Balakəndə 7 yaşlı uşaq yanıq xəsarətləri alıb.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, bu gün axşam saatlarında Balakən rayonunun Sarıbulaq kənd sakini, 2013-cü il təvəllüdlü Çinarə Ramil qızı Məmləyeva üzün və hər iki əlin yanıq xəsarətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına daxil olub.

Müayinə zamanı azyaşlının yaşadığı evdə kustar üsulla hazırlanmış həm odun, həm də qaz yadırmaq üçün istifadə edilən sobada yanıq xəsarətləri aldığı məlum olub. Ç.Məmləyevaya üzün və hər iki əlin 1-ci və 2-ci dərəcəli termiki yanığı xəsarəti qoyulub, müalicəsi xəstəxanada davam etdirilir.

Vüqar Heydərov

Digər xəbərlər