Balakəndə karantin rejiminin tələblərini pozan obyekt sahibi 3 min manat cərimələnib

Balakəndə karantin rejiminin tələblərini pozan obyekt sahibi 3 min manat cərimələnib
  • Clock-gray 14:32
  • calendar-gray 11 Avqust 2020

Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayon ərazisində karantin rejiminin tələblərinə riayət etməyən restoran müəyyən edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan APA-ya verilən məlumata görə, rayonun Katex kəndində yerləşən “Fontan” restoranında masaların bir-birinə yaxın qoyulduğu, müştərilərin sosial məsafə gözləmədən əyləşdikləri aşkarlanıb. Tətbiq edilən qaydalara əməl etməyən obyekt sahibi Ruslan Osmanov barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək, o, üç min manat cərimələnib.

Vüqar Heydərov

Digər xəbərlər