Baş Prokurorluqda 100-dən artıq əmr ləğv edilib

Baş Prokurorluqda 100-dən artıq əmr ləğv edilib
  • Clock-gray 14:54
  • calendar-gray 05 Avqust 2020

Baş Prokurorluqda “İşin Təşkili Qaydaları” təsdiq olunub, 100-dən artıq əmr ləğv edilib.

APA-nın məlumatına görə, avqustun 5-də videokonfrans rejimində prokurorluq orqanları tərəfindən 2020-ci ilin birinci yarımilində görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş əməliyyat müşavirəsində məruzə ilə çıxış edən Baş prokuror Kamran Əliyev prokurorluğun fəaliyyətini tənzimləyən, icrası prokurorluq işçiləri üçün məcburi olan əmr, sərəncam, göstəriş və digər aktlarla bağlı məsələlərə də toxunub. Bildirib ki,  idarəçilik, icra və intizam, kadrlarla iş, sənədlərin dövriyyəsi, prosessual rəhbərlik və nəzarət fəaliyyətinin təşkili, eləcə də struktur qurumlarla rayon (şəhər) prokurorluqları arasında  münasibətlərin tənzimlənməsi kimi ayrı-ayrı sferaların tənzimlənməsini müasir tələblər səviyyəsində təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Baş Prokurorluğu üzrə 20 iyun 2020-ci il tarixli Sərəncamla təşkil edilmiş İşçi qrup tərəfindən Baş Prokurorluğun “İşin Təşkili Qaydaları”nın layihəsi hazırlanaraq, bütün struktur qurumlarda geniş müzakirəsi keçirilib, irəli sürülən təkliflər nəzərə alınmaqla təkmilləşdirilib. Müzakirələrin nəticəsi olaraq, Baş Prokurorluğun 30 iyul 2020-ci il tarixli Kollegiya iclasında “İşin Təşkili Qaydaları” təsdiq olunub və 01 avqust 2020-ci il tarixdən etibarən bütün prokurorluq orqanlarında qüvvəyə minib, həmin qaydaların qüvvəyə minməsi ilə əlaqədar, qurum üzrə 100-dən artıq əmr və normativ xarakterli digər hüquqi sənədlər tam və ya qismən ləğv olunub.

Əlavə edilib ki, hazırda bu Qaydaların tələbləri rəhbər tutulmaqla, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi, Azərbaycan Respublikasının Hərbi, Naxçıvan Muxtar Respublikası, Naxçıvan Muxtar Respublikasının Hərbi və Bakı şəhər prokurorluqlarında da “İşin Təşkili Qaydaları”nın hazırlanması prosesi davam etdirilməklə, ləğv olunmalı normativ sənədlərin siyahısı müəyyənləşdirilir.

apa-logo-mini

Digər xəbərlər