Baş Prokurorluqda geniş əməliyyat müşavirəsi keçirilib

Baş Prokurorluqda geniş əməliyyat müşavirəsi keçirilib
  • Clock-gray 13:07
  • calendar-gray 05 Avqust 2020

Bu gün prokurorluq orqanları tərəfindən 2020-ci ilin birinci yarımilində "Prokurorluq haqqında" Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş fəaliyyət istiqamətləri üzrə görülmüş işlərin vəziyyəti və tabe qurumların müşavirələrində müzakirəsinin nəticələrinə həsr olunmuş geniş əməliyyat müşavirəsi keçirilib.

APA-nın məlumatına görə, əməliyyat müşavirəsində məruzə ilə çıxış edən Baş prokuror Kamran Əliyev 2020-ci ilin birinci yarımilində prokurorluq orqanları tərəfindən digər hüquq-mühafizə orqanları ilə qarşılıqlı əlaqəli şəkildə ictimai-siyasi sabitliyin və əmin-amanlığın qorunması, mütəşəkkil cinayətkarlığın təhlükəli təzahürlərinə qarşı mübarizənin daha da gücləndirilməsi, vətəndaşların hüquq və azadlıqlarının etibarlı müdafiəsinin təmin edilməsi, habelə "Prokurorluq haqqında" Qanunda nəzərdə tutulmuş digər fəaliyyət istiqamətləri üzrə işin səmərəliliyinin artırılması istiqamətində genişmiqyaslı islahatların keçirildiyini bildirib.

Qeyd olunub ki, Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və digər hüquq mühafizə orqanları ilə birgə fəaliyyətin nəticəsi olaraq, cinayətkarlığın dinamikasında və strukturunda müşahidə edilən müsbət göstəricilər hesabat dövründə də davam edib, 2020-ci ilin birinci yarımilində əməliyyat-axtarış və istintaq fəaliyyətini həyata keçirən bütün dövlət orqanları üzrə 13 min 310 cinayət qeydə alınıb. Bu cinayətlərin 86,5 %-i böyük ictimai təhlükə törətməyən və az ağır, yalnız 13,5%-i ağır və xüsusilə ağır növlər təşkil edib. Ümumilikdə ölkə üzrə cəmi 6.933 cinayət işinin istintaqı tamamlanıb ki, bunlardan 827-si prokurorluq orqanlarında istintaq edilib.  Prokurorluq orqanları tərəfindən 349, ümumilikdə isə digər istintaq qurumları ilə birgə 5.070 cinayət işinin ittiham aktları ilə məhkəmələrə göndərilməsi təmin edilib, prokurorluq orqanlarında 478, ümumilikdə isə 1.863 cinayət işinin icraatına xitam verilib. Respublika üzrə qeydə alınmış cinayət işləri üzrə ümumilikdə 87 milyon 691 min manat məbləğində maddi ziyan vurulduğu müəyyən edilərək istintaq tədbirləri ilə onun 52,2 faizinin, yəni 46 milyon manat hissəsinin ödənilməsinə nail olunub.

Bundan əlavə, əməliyyat müşavirəsində Baş Prokurorun birinci müavini Elçin Məmmədov, Baş prokurorun müavini Heydər Məmmədov, Baş prokurorunun müavini–Azərbaycan Respublikasının Hərbi prokuroru Xanlar Vəliyev, Naxçıvan Muxtar Respublikasının prokuroru Səbuhi Şahverdiyev, Təşkilat və İcraya nəzarət idarəsinin rəisi Elşən Abbasov, Zəngilan rayon prokuroru Lalə Hüseynova, Qazax rayon prokuroru Rauf Gözəlov və Tovuz rayon prokuroru Elçin Qəhrəmanov da mövzu ətrafında və aktual məsələlərə dair çıxışlar edib, həmçinin müşavirənin digər iştirakçıları tərəfindən faydalı müzakirələr və fikir mübadiləsi aparılıb.

 

Müşavirənin sonunda əminlik ifadə olunub ki, Azərbaycan Respublikası Prokurorluğunun kollektivi Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinə uyğun olaraq, 2020-ci ildə də öz səlahiyyət hədləri daxilində digər hüquq mühafizə orqanları ilə əlaqəli şəkildə cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsində, dövlətçiliyimizin maraqlarının və insan hüquq və azadlıqlarının qorunmasında bütün zəruri tədbirlərin görülməsini təmin edəcəkdir. 

***

Bu gün prokurorluq orqanları tərəfindən 2020-ci ilin birinci yarımilində "Prokurorluq haqqında" Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş fəaliyyət istiqamətləri üzrə görülmüş işlərin vəziyyəti və tabe qurumların müşavirələrində müzakirəsinin nəticələrinə həsr olunmuş videokonfrans rejimində geniş əməliyyat müşavirəsi keçirilib.

Baş Prokurorluqdan APA-ya verilən məlumata görə, əməliyyat müşavirəsində Baş prokuror Kamran Əliyev məruzə ilə çıxış edib.

apa-logo-mini

Digər xəbərlər