Beyləqanda piyadanın ölümü ilə nəticələnən qəza olub

Beyləqanda piyadanın ölümü ilə nəticələnən qəza olub
  • Clock-gray 12:22
  • calendar-gray 29 Fevral 2020

Beyləqanda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, fevralın 28-də saat 22 radələrində Beyləqan şəhəri ərazisində şəhər sakini T.Əzizli idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Eyvazalılar kənd sakini Vüsal Səfiyarov vurulub. Xəsarətlə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Beyləqan RPŞ tərəfindən araşdırma aparılır.

Səlcuq Elçin

Digər xəbərlər