Binəqədi rayonunda "Sobsan" boya fabrikindəki yanğın söndürülüb - FOTO - VİDEO - YENİLƏNİB - 10

Binəqədi rayonunda "Sobsan" boya fabrikindəki yanğın söndürülüb - FOTO - VİDEO - YENİLƏNİB - 10
  • Clock-gray 04:16
  • calendar-gray 05 İyul 2020

Binəqədi rayonundakı "Sobsan" boya fabrikində baş vermiş yanğın söndürülüb.

 

APA xəbər verir ki, hazırda ərazidə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları tərəfindən soyutma işləri aparılır.

***

01:56

Binəqədi rayonundakı "Sobsan" boya fabrikində baş vermiş yanğın məhdudlaşdırılıb.

APA-nın məlumatına görə, bunu Fövqəladə Hallar nazirinin müavini Etibar Mirzəyev bildirib.

Nazir müavini qeyd edib ki, artıq yanğının yayılma təhlükəsi yoxdur: “Yanğın ərazisinə 300-ə qədər canlı qüvvə və 50-dək texnika cəlb olunub. Yanğın zamanı 5-i Fövqəladə Hallar Nazirliyinin əməkdaşları olmaqla, 6 nəfər müxtəlif dərəcəli xəsarət alıb. Onlardan bəzilərinə ambulator yardım göstərilərək, öz iş yerlərinə qayıdıblar”.

Nazir müavini bildirib ki, ilkin məlumata görə, yanğın 2500-3000 kvadratmetr ərazini əhatə edib. Yanğın ərazisində boya, aseton və s. kimi tez alışan maddələr əksəriyyət təşkil edib. 

***

00:18

APA-nın məlumatına görə, "Sobsan" boya fabrikində yanğının söndürülməsi tədbirləri ilə yanaşı, fabrikdə, eləcə də onun anbarında salamat qalmış mal-materialların FHN-in müvafiq qüvvələri tərəfindən ərazidən kənarlaşdırılması işləri həyata keçirilir.

Əlavə məlumat veriləcək.

***

23:50

APA-nın məlumatına görə, Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov yanğın baş verən əraziyə gəlib.

***

22:24

APA-nın məlumatına görə, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov yanğın baş verən əraziyə gəlib.

***

22:00

Hazırda "Sobsan" boya fabrikində yanğın partlayışla davam edir.

Fövqəladə Hallar Nazirliyi tərəfindən ərazidə yaradılan Qərargahdan APA-ya verilən məlumata görə, hadisə yerinə FHN-in əlavə qüvvələri cəlb edilir.

Əraziyə 5 Təcili Tibbi Yardım briqadası göndərilib.

TƏBİB-dən APA-ya verilən məlumata görə, hər hansı bir xəsarətlə bağlı Təcili Tibbi Yardım briqadasına müraciət edən olmayıb.

 

***

21:38

APA-nın məlumatına görə, Fövqəladə Hallar nazirinin müavini Etibar Mirzəyev yanğın baş verən əraziyə gəlib.

***

21:21

FHN tərəfindən ərazidə yaradılan Qərargahdan APA-ya verilən məlumata görə, Dövlət Yanğından Mühafizə Xidmətinin texnikaları 20:12-də çıxış edib və ilk yanğınsöndürən maşını 20:19-da hadisə yerinə çatıb.  

***

21:10

Bakının Binəqədi rayonunda "Sobsan" boya fabrikində baş verən yanğınla əlaqədar FHN tərəfindən yaradılmış Qərargahdan APA-nın hadisə yerində olan müxbirinə verilən məlumata görə, əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin 32 texnikası və 160 canlı qüvvəsi cəlb edilib.

***

21:03

Fövqəladə Hallar Nazirliyi tərəfindən yanğının baş verdiyi ərazidə Qərargah yaradılıb.

Qərargahdan APA-ya verilən ilkin məlumata görə, yanğın 700 kvadratmetr ərazini əhatə edir.

***

20:48

Bakının Binəqədi rayonunun 7-ci mikrorayon ərazisində "Sobsan" boya fabrikində başlanan yanğın partayışla müşahidə edilməkdədir. 

APA-nın hadisə yerində olan müxbirinin məlumtına görə, yanğının baş verdiyi əraziyə yaxın insanlar oradan təxliyə olunur.

Hazırda FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən yanğınsöndürmə işləri davam etdirilir.

 

***

20:33

Bakının Binəqədi rayonunun 7-ci mikrorayon ərazisində "Sobsan" boya fabrikində yanğın başlayıb. 

APA-nın məlumtına görə, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) canlı qüvvəsi və texnikası cəlb olunub. 

FHN-dən APA-ya faktı təsdiqləyiblər. 

Əlavə məlumat veriləcək.

 

FOTO - VİDEO - YENİLƏNİB - 10" data-description="gallery" alt="Binəqədi rayonunda "Sobsan" boya fabrikindəki yanğın söndürülüb - FOTO - VİDEO - YENİLƏNİB - 10"> FOTO - VİDEO - YENİLƏNİB - 10" data-description="gallery" alt="Binəqədi rayonunda "Sobsan" boya fabrikindəki yanğın söndürülüb - FOTO - VİDEO - YENİLƏNİB - 10"> FOTO - VİDEO - YENİLƏNİB - 10" data-description="gallery" alt="Binəqədi rayonunda "Sobsan" boya fabrikindəki yanğın söndürülüb - FOTO - VİDEO - YENİLƏNİB - 10"> FOTO - VİDEO - YENİLƏNİB - 10" data-description="gallery" alt="Binəqədi rayonunda "Sobsan" boya fabrikindəki yanğın söndürülüb - FOTO - VİDEO - YENİLƏNİB - 10"> FOTO - VİDEO - YENİLƏNİB - 10" data-description="gallery" alt="Binəqədi rayonunda "Sobsan" boya fabrikindəki yanğın söndürülüb - FOTO - VİDEO - YENİLƏNİB - 10"> FOTO - VİDEO - YENİLƏNİB - 10" data-description="gallery" alt="Binəqədi rayonunda "Sobsan" boya fabrikindəki yanğın söndürülüb - FOTO - VİDEO - YENİLƏNİB - 10"> FOTO - VİDEO - YENİLƏNİB - 10" data-description="gallery" alt="Binəqədi rayonunda "Sobsan" boya fabrikindəki yanğın söndürülüb - FOTO - VİDEO - YENİLƏNİB - 10"> FOTO - VİDEO - YENİLƏNİB - 10" data-description="gallery" alt="Binəqədi rayonunda "Sobsan" boya fabrikindəki yanğın söndürülüb - FOTO - VİDEO - YENİLƏNİB - 10"> FOTO - VİDEO - YENİLƏNİB - 10" data-description="gallery" alt="Binəqədi rayonunda "Sobsan" boya fabrikindəki yanğın söndürülüb - FOTO - VİDEO - YENİLƏNİB - 10"> FOTO - VİDEO - YENİLƏNİB - 10" data-description="gallery" alt="Binəqədi rayonunda "Sobsan" boya fabrikindəki yanğın söndürülüb - FOTO - VİDEO - YENİLƏNİB - 10"> FOTO - VİDEO - YENİLƏNİB - 10" data-description="gallery" alt="Binəqədi rayonunda "Sobsan" boya fabrikindəki yanğın söndürülüb - FOTO - VİDEO - YENİLƏNİB - 10"> FOTO - VİDEO - YENİLƏNİB - 10" data-description="gallery" alt="Binəqədi rayonunda "Sobsan" boya fabrikindəki yanğın söndürülüb - FOTO - VİDEO - YENİLƏNİB - 10"> FOTO - VİDEO - YENİLƏNİB - 10" data-description="gallery" alt="Binəqədi rayonunda "Sobsan" boya fabrikindəki yanğın söndürülüb - FOTO - VİDEO - YENİLƏNİB - 10"> FOTO - VİDEO - YENİLƏNİB - 10" data-description="gallery" alt="Binəqədi rayonunda "Sobsan" boya fabrikindəki yanğın söndürülüb - FOTO - VİDEO - YENİLƏNİB - 10"> FOTO - VİDEO - YENİLƏNİB - 10" data-description="gallery" alt="Binəqədi rayonunda "Sobsan" boya fabrikindəki yanğın söndürülüb - FOTO - VİDEO - YENİLƏNİB - 10"> FOTO - VİDEO - YENİLƏNİB - 10" data-description="gallery" alt="Binəqədi rayonunda "Sobsan" boya fabrikindəki yanğın söndürülüb - FOTO - VİDEO - YENİLƏNİB - 10"> FOTO - VİDEO - YENİLƏNİB - 10" data-description="gallery" alt="Binəqədi rayonunda "Sobsan" boya fabrikindəki yanğın söndürülüb - FOTO - VİDEO - YENİLƏNİB - 10"> FOTO - VİDEO - YENİLƏNİB - 10" data-description="gallery" alt="Binəqədi rayonunda "Sobsan" boya fabrikindəki yanğın söndürülüb - FOTO - VİDEO - YENİLƏNİB - 10"> FOTO - VİDEO - YENİLƏNİB - 10" data-description="gallery" alt="Binəqədi rayonunda "Sobsan" boya fabrikindəki yanğın söndürülüb - FOTO - VİDEO - YENİLƏNİB - 10"> FOTO - VİDEO - YENİLƏNİB - 10" data-description="gallery" alt="Binəqədi rayonunda "Sobsan" boya fabrikindəki yanğın söndürülüb - FOTO - VİDEO - YENİLƏNİB - 10"> FOTO - VİDEO - YENİLƏNİB - 10" data-description="gallery" alt="Binəqədi rayonunda "Sobsan" boya fabrikindəki yanğın söndürülüb - FOTO - VİDEO - YENİLƏNİB - 10"> FOTO - VİDEO - YENİLƏNİB - 10" data-description="gallery" alt="Binəqədi rayonunda "Sobsan" boya fabrikindəki yanğın söndürülüb - FOTO - VİDEO - YENİLƏNİB - 10"> FOTO - VİDEO - YENİLƏNİB - 10" data-description="gallery" alt="Binəqədi rayonunda "Sobsan" boya fabrikindəki yanğın söndürülüb - FOTO - VİDEO - YENİLƏNİB - 10">

Nurlan Əli

Digər xəbərlər