Bərdədə narkotacir saxlanılıb

Bərdədə narkotacir saxlanılıb
  • Clock-gray 12:39
  • calendar-gray 21 Yanvar 2020

Bərdədə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya bildirilib ki, Baş Narkotiklərlə Mübarizə İdarəsi və Bərdə RPŞ əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Kürdborakı kənd sakini, əvvəllər məhkum olunmuş S.Mehdiyev tutulub. Şəxsi axtarış zamanı ondan 19 qramdan artıq marixuana götürülüb.

Davam etdirilən tədbirlərlə onun evindən isə əlavə olaraq 1 kiloqram 770 qram marixuana aşkar edilərək götürülüb.

Səlcuq Elçin

Digər xəbərlər

Arxiv

date