Bərdədə qadın baltalanaraq qətlə yetirilib

Bərdədə qadın baltalanaraq qətlə yetirilib
  • Clock-gray 00:39
  • calendar-gray 28 Fevral 2020

Bərdə rayonunun Zümürxan kəndində qətl hadisəsi törədilib. 

APA-nın yerli bürosunun xəbərinə görə, kənd sakini İbadova Tahirə Tofiq qızı yaşadığı evdə balta ilə öldürülüb. 

Hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları T.İbadovanın həyat yoldaşı Vahid İbadovu şübhəli şəxs qismində saxlayıb. 

APA-nın yerli bürosunun əldə etdiyi xəbərə görə, mərhum T.İbadovanın kürəkəni də polislər tərəfindən rayon polis şöbəsinə aparılıb.

 

Habil Aslanoğlu

Digər xəbərlər

Arxiv

date