Eldar Həsənovun apelyasiya şikayətinə baxılıb - YENİLƏNİB

Eldar Həsənovun apelyasiya şikayətinə baxılıb - YENİLƏNİB
  • Clock-gray 15:45
  • calendar-gray 18 Sentyabr 2020

Bakı Apelyasiya Məhkəməsində Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Herseqovinadakı sabiq fövqəladə və səlahiyyətli səfiri olmuş Eldar Həsənov barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməməsiylə bağlı qərardan verdiyi şikayətə baxılıb.

APA-nın məlumatına görə, hakim Rəşad Abdulovun sədrliyi ilə bağlı keçirilən prosesdə şikayətin dəlilləri araşdırılıb.

Növbəti proses sentyabrın 22-ə təyin edilib.

***

saat 11:10

Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Herseqovinadakı sabiq fövqəladə və səlahiyyətli səfiri olmuş Eldar Həsənov barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməməsiylə bağlı qərardan apelyasiya şikayəti verib. 

APA-nın məlumatına görə, onun şikayəti Bakı Apelyasiya Məhkəməsində hakim Rəşad Abdulovun icraatına verilib.

Şikayətə bu gün baxılacaq.

Qeyd edək ki, bir neçə gün əvvəl Nəsimi rayon Məhkəməsində Eldar Həsənovun girov müqabilində barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı vəsatətinə baxılıb. Məhkəmə onun müdafiəçisinin verdiyi vəsatəti təmin etməyib.

Onu da qeyd edək ki, E. Həsənov Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) 308-1.1-ci (büdcə vəsaitlərinin təyinatı üzrə xərclənməməsi) maddələri ilə ittiham irəli sürülüb.

Səbail Rayon Məhkəməsinin qərarı ilə onun barəsində noyabrın 3-dək həbs qətimkan tədbiri seçilib. 

Sail Ağasəlim

Digər xəbərlər