Bu il baş verən təbii və texnogen mənşəli hadisələrdə 28 nəfər ölüb

Bu il baş verən təbii və texnogen mənşəli hadisələrdə 28 nəfər ölüb
  • Clock-gray 16:41
  • calendar-gray 07 Avqust 2020

Bu ilin birinci yarısında Azərbaycanda qeydə alının fövqəladə hadisələrin statistikası açıqlanıb.

Fövqəladə Hallar Nazirliyindən APA-ya verilən məlumata görə, 2020-ci ilin I yarımilliyi ərzində respublika ərazisində 8274 təbii və texnogen mənşəli hadisə baş verib ki, bu da 2019-cu ilin I yarımilliyi ilə müqayisədə 1133 hadisə və ya 16% çoxdur.

Baş vermiş təbii və texnogen mənşəli hadisələr nəticəsində 28 nəfər ölüb, 107 nəfər xəsarət alıb. Nazirliyin xilasediciləri tərəfindən 13 nəfər xilas edilib, 299 nəfər təxliyə olunub.

apa-logo-mini

Digər xəbərlər