Cəlilabadda "QAZel" yanıb

Cəlilabadda "QAZel" yanıb
  • Clock-gray 16:03
  • calendar-gray 14 Dekabr 2019

Cəlilabad rayonunda yanğın olub. 

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, rayonunun Bəcirəvan kəndində həyətyanı sahəyə yığılan 750 kq ot bağlamasının 350 kiloqramı və yaxınlıqda dayanan “QAZel” markalı yük avtomobilinin banının örtüyü yanıb.

Yüksək temperaturdan avtomobilin kabinəsinin şüşəsi əriyib. Avtomobilin və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Səlcuq Elçin

Digər xəbərlər

Arxiv

date