Cəlilabadda avtomobil ağaca çırpılıb, sürücü ölüb

Cəlilabadda avtomobil ağaca çırpılıb, sürücü ölüb
  • Clock-gray 12:16
  • calendar-gray 08 Aprel 2020

Cəlilabadda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, aprelin 8-də saat 2 radələrində Cəlilabad rayonunun Göytəpə şəhəri ərazisində Bakı şəhər sakini Vüqar Tağıyev idarə etdiyi “Peugeot” markalı avtomobili yolun kənarındakı ağaca vurub və aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Səlcuq Elçin

Digər xəbərlər