Cəlilabadda avtomobil velosiped sürən 4 yaşlı uşağı vuraraq öldürüb

Cəlilabadda avtomobil velosiped sürən 4 yaşlı uşağı vuraraq öldürüb
  • Clock-gray 13:41
  • calendar-gray 14 İyul 2020

Cəlilabadda velosiped sürən 4 yaşlı uşaq avtomobillə vurulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumatına görə, iyulun 13-də saat 16 radələrində Cəlilabad rayonunun Sabirabad kəndi ərazisində kənd sakini M.Məmmədov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolun kənarı ilə velosiped sürən 4 yaşlı Yusif Məmmədovu vurub. Uşaq xəstəxanaya aparılarkən yolda ölüb.

Cəlilabad Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Səlcuq Elçin

Digər xəbərlər