DİN Qəbələdə qardaşın qardaşını gülləməsi faktı ilə bağlı məlumat yayıb

DİN Qəbələdə qardaşın qardaşını gülləməsi faktı ilə bağlı məlumat yayıb
  • Clock-gray 12:32
  • calendar-gray 02 İyul 2020

Daxili İşlər Nazirliyi (DİN) Qəbələdə baş verən qətl hadisəsi ilə bağlı məlumat yayıb.

Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iyulun 1-də saat 7 radələrində Qəbələ rayonunun Vəndam qəsəbəsi ərazisində yerləşən istirahət mərkəzlərinin birində oranın sahibi olan qəsəbə sakini R.Rəhimovun münaqişə zəminində ov tüfəngindən açdığı atəşlə qardaşı Azəri qətlə yetirərək hadisə yerini tərk etməsi barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub.

Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən R.Rəhimov polis əməkdaşları tərəfindən saxlanılıb. Ondan müvafiq sənədləri olmayan  “İJ” markalı ov tüfəngi götürülüb.

Qəbələ rayon prokurorluğu tərəfindən araşdırma aparılır.

Səlcuq Elçin

Digər xəbərlər