DİN-in karantin rejimi ilə bağlı "qaynar xətt"i yaradılıb

DİN-in karantin rejimi ilə bağlı "qaynar xətt"i yaradılıb
  • Clock-gray 18:57
  • calendar-gray 27 Mart 2020

Daxili İşlər Nazirliyinin (DİN) karantin rejiminin tətbiqi ilə bağlı "qaynar xətt"i yaradılıb.

DİN-dən APA-ya verilən məlumata görə, respublikada xüsusi karantin rejiminin tətbiqi ilə əlaqədar Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid məsələlərlə bağlı sualların cavablandırılması və problemlərin həllində köməklik məqsədilə bu gün saat 20.00-dan başlayaraq sutkalıq fəaliyyət göstərən “qaynar xətt” telefon xidməti yaradılıb.

Qeyd edilən məsələlərlə əlaqədar (012) 590 80 20 telefon nömrəsinə zəng edə bilərsiniz.

 

 

Əsmər Qabil

Digər xəbərlər

Arxiv

date