DİN vətəndaşların lüzumsuz yerə cərimənləməsi barədə məlumatlara münasibət bildirib

DİN vətəndaşların lüzumsuz yerə cərimənləməsi barədə məlumatlara münasibət bildirib
  • Clock-gray 18:08
  • calendar-gray 09 Aprel 2020

Daxili İşlər Nazirliyi sosial şəbəkələrdə polis əməkdaşlarının vətəndaşları lüzumsuz yerə cərimələmələrinə və əhaliyə məqsədli şəkildə zərər verilməsinə dair yayılan iddialara münasibət bildirib.

Nazirliyin mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov APA-ya açıqlamasında qeyd edib ki, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın koronavirus infeksiyasının yayılmasının qarşısının alınması üçün müəyyən etdiyi hərəkət məhdudiyyətlərinə nəzarət tədbirləri Daxili İşlər Nazirliyi tərəfindən məqsədyönlü şəkildə davam etdirilir: "Xüsusi karantin rejiminin tələblərini pozan şəxslər haqqında görülən hüquqi məsuliyyət tədbirləri ilə əlaqədar bildiririk ki, inzibati cərimələrin tətbiqində məqsəd təqsirkar şəxsə maddi zərər yetirmək deyil, insanları məhz müvafiq hüquq pozuntularını törətməkdən, xüsusən ciddi zərurət olmadan və müəyyən edilmiş qaydada icazə almadan evdən çıxmaqdan çəkindirmək, nəticə etibarı ilə ölkəmizin hər bir sakininin sağlamlığını qorumaqdır. Bir daha vətəndaşlarımızı xüsusi karantin rejiminin tələblərinə əməl etməyə, özlərinin və ailə üzvlərinin sağlamlığına biganə qalmamağa çağırırıq".

Hafiz Heydərov

Digər xəbərlər