DYP: Bakıda 21 avtomobil xüsusi karantin rejimini pozub

DYP: Bakıda 21 avtomobil xüsusi karantin rejimini pozub
  • Clock-gray 18:36
  • calendar-gray 05 Aprel 2020

Bakıda bu gün karantin rejiminin yoxlanması ilə bağlı 500-dən çox avtomobil saxlanılıb.

Bu barədə APA-ya Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib.

O bildirib ki,  Bakıda hazırda 40-dan çox yoxlanma-buraxılma məntəqələri yaradılıb:

"Sevindirici haldır ki, 500 avtomobildən yalnız 21-də xüsusi karantin rejiminin pozulması halı aşkarlanıb. Həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi protokol yazılıb".

Səlcuq Elçin

Digər xəbərlər

Arxiv

date