Daşkəsəndə təkəri partlayan avtomobil yol kənarındakı daşa çırpılıb

Daşkəsəndə təkəri partlayan avtomobil yol kənarındakı daşa çırpılıb
  • Clock-gray 23:20
  • calendar-gray 24 Fevral 2020

Daşkəsəndə yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Gəncə-Daşkəsən avtomobil yolunun rayonun Yalqışlaq kəndindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan "VAZ" markalı avtomobilin təkəri partlayıb. Nəticədə avtomobil yolun kənarındakı daşa çırpılıb. Qəza zamanı 1992-ci il təvəllüdlü Allahverdiyev Rövşən İsmət oğlu xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Ona lazımi tibbi yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub. Faktla bağlı Daşkəsən Rayon Polis Şöbəsində araşdırma aparılır.

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date