Füzuli rayon sakini kəsdiyi ağacın altında qalaraq xəsarət alıb

Füzuli rayon sakini kəsdiyi ağacın altında qalaraq xəsarət alıb
  • Clock-gray 00:42
  • calendar-gray 07 Dekabr 2019

Füzuli rayonunda 50 yaşlı kişi ağac kəsərkən ağacın altında qalıb.

APA xəbər verir ki, 50 yaşlı Tərxan Mehtiyev həyətyanı sahədə ağac kəsərkən ağac onun üzərinə aşıb.

Yaralı ağır vəziyyətdə Bakıdakı xəstəxanaların birinə çatdırılaraq Reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyəti ağır olaraq qalır.

Faktla bağlı araşdırma aparılır.

Nurlan Əli

Digər xəbərlər