Gəncədə piyadanı maşın vurub

Gəncədə piyadanı maşın vurub
  • Clock-gray 00:30
  • calendar-gray 07 İyul 2020

Gəncədə piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb.

Hərəkətə olan “VAZ 21011” markalı minik maşını yolu keçmək istəyən 1955-ci il təvəllüdlü Mübariz Bayramovu vurub. M. Bayramov müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

 

Fuad Nazimoğlu

Digər xəbərlər