Goranboyda güclü külək fəsadlar törədib - FOTO

Goranboyda güclü külək fəsadlar törədib - FOTO
  • Clock-gray 14:59
  • calendar-gray 25 Fevral 2020

Goranboyda güclü külək fəsadlar törədib.

APA-nın Mingəçevir bürosunun məlumatına görə, güclü külək rayonun Qızılhacılı qəsəbəsində iri gövdəli ağacları aşırıb.

Aşağı Ballıqaya kəndində isə kənd sakini Mayıl Məmmədova məxsus evin dam örtüyünün bir hissəsi dağılaraq yarasız hala düşüb.

Həmçinin əksər yaşayış məntəqələrinin elektrik verilişi ilə təminatında fasilər yaranıb.

Ehtiram Muradov

Digər xəbərlər