Göyçayda mal-qara ferması yanıb

Göyçayda mal-qara ferması yanıb
  • Clock-gray 19:05
  • calendar-gray 28 Mart 2020

Göyçay rayonunda yanğın hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə rayonun Qarayazı kəndi ərazisində yerləşən mal-qara fermasında baş verib. 1955-ci il təvəllüdlü Qasımov Yaşar Xanlar oğluna məxsus fermada baş verən yanğının söndürülməsi üçün əraziyə FHN-nin Göyçay Dövlət Yanğından Mühafizə Hissəsinin 4 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub.

Hadisə zamanı fermanın 250 kvadratmetrlik hissəsi və tövlənin 85 kadratmetrlik hissəsi yanıb, 220 kvadratmetrlik hissə alovdan mühafizə edilib.

Yanğının hansı səbəbdən baş verdiyi məlum deyil.

Faktla bağlı araşdırma aparılır.  

 

Şahnəzər Bəşirov

Digər xəbərlər

Arxiv

date