Hacıqabul sakini dəm qazından zəhərlənib

Hacıqabul sakini dəm qazından zəhərlənib
  • Clock-gray 23:05
  • calendar-gray 21 Fevral 2020

Hacıqabul şəhər Əlağa Vahid küçəsi 6 ünvanında yerləşən fərdi yaşayış evində dəm qazından zəhərlənmə hadisəsi baş verib. 

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, həmin evdə yaşayan 1987-ci il təvəllüdlü Novruzəliyeva Vüsalə İlqar qızı vanna otağında olarkən dəm qazından zəhərlənib. Dərhal Hacıqabul rayon xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilən xəstəyə təcili və təxirəsalınmaz yardım göstərilib. Hazırda xəstə kritik  vəziyyətdən çıxarılıb. 

Faktla bağlı araşdırma aparılır.

Əlibəy Zeynallı

Digər xəbərlər

Arxiv

date