İki gün əvvəl Kürdə batan şəxslərin meyiti tapılıb - YENİLƏNİB

İki gün əvvəl Kürdə batan şəxslərin meyiti tapılıb - YENİLƏNİB
  • Clock-gray 12:08
  • calendar-gray 11 İyul 2020

Kürdə batan şəxslərdən sonuncu şəxsin də meyiti tapılıb. 

APA-nın yerli bürosunun verdiyi xəbərə görə, 2005-ci il təvəllüdlü Hüseynov Rahil Mahir oğlunun meyiti Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib. 

***

saat 11:21

İyulun 9-da Kür çayının Zərdab rayonu, Burunlu kəndi ərazisindən keçən hissəsində batan 1990-cı il təvəllüdlü Yusifov Cavid Arzu oğlunun meyiti Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Fövqəladə Hallar Nazirliyindən APA-ya verilən məlumata görə, eyni gündə həmin ərazidə batan 2005-ci il təvəllüdlü Hüseynov Rahil Mahir oğlunun axtarışları davam etdirilir.

apa-logo-mini

Digər xəbərlər