İmişlidə karantin rejimini pozan 20 nəfər və 2 iaşə obyekti cərimə edilib

İmişlidə karantin rejimini pozan 20 nəfər və 2 iaşə obyekti cərimə edilib
  • Clock-gray 15:34
  • calendar-gray 05 Aprel 2020

İmişli rayonunda karantin rejimini pozan 20 nəfər və 2 iaşə obyekti cərimə edilib.

APA-nın Mil-Muğan bürosunun verdiyi məlumata görə,  İmişli polisi karantin rejimi qaydalarının pozulmasının qarşısının alınması istiqamətində rayon ərazisində profilaktik və maarifləndirici tədbirləri davam etdirir.

Karantin rejiminin qaydalarına əməl etməyən sakinlər barəsində inzibati tədbirlər həyata keçirilir. Bu günə kimi rayon ərazisində xüsusi karantin rejimi qaydalarını pozan 20 sakin və 2 iaşə obyekti barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə protokol tərtib olunaraq cərimə edilib.

Artıq rayon ərazisində karantin rejiminə ciddi əməl olunmağa başlanılıb.

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date