İranın Azərbaycandakı səfirliyində baş verən tüstülənmənin yanğına keçməsinin qarşısı alınıb - YENİLƏNİB - FOTO

İranın Azərbaycandakı səfirliyində baş verən tüstülənmənin yanğına keçməsinin qarşısı alınıb - YENİLƏNİB - FOTO
  • Clock-gray 18:05
  • calendar-gray 09 Dekabr 2019

İranın Azərbaycandakı səfirliyi tüstülənmə ilə bağlı məlumat yayıb. 

Səfirliyin mətbuat xidmətindən APA-ya bildirilib ki, hadisə inzibati binanın 2-ci mərtəbəsində, təmir gedən hissədə qeydə alınıb. Elektrik naqillərində qısaqapanma olub və tüstülənmə meydana gəlib. Həyata keçirilən tədbirlər nəticəsində tüstülənmənin yanğına keçməsinin qarşısı alınıb.

Hazırda hadisə tam nəzarət altındadır, xəsarət alan yoxdur.

***

Saat 17:51

İranın Azərbaycandakı səfirliyinin inzibati binasında tüstülənmə olub.

APA-nın məlumatına görə, hadisə İran İslam Respublikasının Bakının Səbail rayonunda yerləşən səfirlik binasında qeydə alınıb. Səfiriliyin 3 mərtəbəli inzibati binasının 2-ci mərtəbəsində tüstülənmə müşahidə edilib.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları gəlib.

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date