İranlı şərikini qanunsuz azadlıqdan məhrum edən gecə klubunun sahibi azadlığa buraxılıb

İranlı şərikini qanunsuz azadlıqdan məhrum edən gecə klubunun sahibi azadlığa buraxılıb
  • Clock-gray 10:42
  • calendar-gray 11 Dekabr 2019

Səbail rayon Məhkəməsində iranlı şərikini qanunsuz azadlıqdan məhrum edərək döyməkdə təqsirləndirilən “Ellips” gecə klubunun sahibi Dilsuz Dəmirçiyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, məhkəmədə hökm oxunub.

Hökmə əsasən, D. Dəmirçiyev barəsində sınaq müddəti seçilməklə şərti cəza verilib və azadlığa buraxılıb.

D. Dəmirçiyev barəsindəki hökmdən apelyasiya şikayəti verilib. Bakı Apelyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü qüvvədə saxlayıb.

Qeyd edək ki, İran vətəndaşı Vakili Razlighi Alinin qanunsuz azadlıqdan məhrum edilməklə döyülərək xəsarət alması barədə müraciəti Bakı Şəhər Prokurorluğunda araşdırılıb.

Araşdırma zamanı mayın 14-də paytaxtın Nərimanov rayonu ərazisində fəaliyyət göstərən “Ellips” gecə klubunun sahibi Dilsuz Dəmirçiyevin şəriki R.Vakilini qanunsuz azadlıqdan məhrum etməsi və döyərək az ağır bədən xəsarəti yetirməsinə şübhələr olduğundan faktla əlaqədar cinayət işi başlanıb.

D.Dəmirçiyev iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Cinayət Məcəlləsinin 127.1 (qəsdən sağlamlığa az ağır zərər vurma) və 145.2.5-ci (qanunsuz azadlıqdan məhrum etmə, zərərçəkmiş şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə törədildikdə) maddələri ilə ittiham elan edilib və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Səlcuq Elçin

Digər xəbərlər